Xızıda 138 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, noyabrın 6-da 138 ədəd partlamamış hərbi sursat (PHS), 200 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 270 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 924 284 kv.m (92.43 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 62 gün ərzində 14 403 ədəd partlamamış hərbi sursat (PHS), 6 467 ədəd partlamış-yanmış sursat qalıqları və 61 002 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 60 615 642 kv.m (6 062 ha) ərazi yoxlanılıb.