Astarainfo.az xəbər verir ki,  noyabr 1-7-si tarixlərində Astara Heydər Əliyev Mərkəzində Astara rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə 9 Noyabr Dövlət bayrağı günü münasibətilə “Azərbaycan bayrağı – milli qürurumuz, kimliyimiz, vüqarımızdır” (Heydər Əliyev) mövzusunda tarix dərsləri keçirilmişdir.
 Tarix dərslərində şəhər Astara şəhər 4, saylı, 5 saylı, 6 saylı və
7 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər.
Tarix dərsləri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmışdır.
Tarix dərslərində şagirdlərə bildirilmişdir ki, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ən əlamətdar tarixi günlərdən biridir. Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Belə ki, məhz Ulu Öndər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi  müstəqiliyimizin əsas atributlarından olan üçrənli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etmişdir.
 1991-ci ildə Azərbaycan Respublikası Dövlət müstəqiliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
 Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Bayrağı gününün” təsis edilməsi haqqında sərəncam imzalanmışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikası Dövlət Bayrağı günü kimi qeyd edilir.
Azərbaycan Respublikası Dövlət Bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət atributuna olan yüksək ehtiramının ən gözəl nümunəsi haqqında şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırılmışdır.

Elza Kazımova 

Astarainfo.az