Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak və Azərbaycanın energetika naziri Pərviz Şahbazov birgə həyata keçirilən enerji layihələrini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə B.Albayrak “Twitter”dəki səhifəsində yazıb.
Türkiyəli nazir qeyd edib ki, görüş çərçivəsində TANAP layihəsinin icrası, həmçinin energetika sahəsində münasibətlərin inkişafı məsələləri müzakirə olunub.
Nazirlərin görüşü Ankarada keçirilib. Azərbaycanın energetika naziri Türkiyəyə B.Albayrakın dəvəti ilə səfər edib.
Energetika Nazirliyindən Trend-ə bildiriblər ki, P.Şahbazovun Türkiyəyə səfəri tanışlıq xarakteri daşıyır.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...