Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb Böyüt

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.