Cəlilabadda insident olub, polis xəbərdarlıq atəşi açıb

Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub.
Astarainfo.az“Report”-a istinadən məlumat verir ki, rayon sakinləri – 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.
Mübahisə zamanı həmin şəxslər polisləri təhqir edərək onların üzərinə bıçaqla hücum ediblər. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan havaya atəş açmaq məcburiyyətində qalıb. Bundan sonra A.Əmirov və İ.Qurbanov saxlanılaraq polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.