Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş NovruzovMilli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.
APA-nın məlumatına görə, S. Novruzov bu gün Milli Məcliskomitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.
S. Novruzov qeyd edib ki, Milli Məclisin büdcəsi heç bir rayonun büdcəsi qədər də heç deyil: “Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar əməkdaşlıq etdikləri ölkələrə heç olmasa, ildə iki-üç dəfə səfər etməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Milli Məclis özü məqbul hesab etdiyi vaxt büdcəsinin artırılması ilə bağlı məsələ qaldıra bilər.
Nazir qeyd edib ki, Milli Məclisin, əməkdaşlarının və deputatların maaşı ilə bağlı məsələyə büdcədə baxılır, müzakirə olunur: “Milli Məclis istədiyi vaxt bu məsələni qaldıra, biz də buna müsbət baxa bilərik”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...