Gələn il dövlət borcuna xidmətlə bağlı 2 milyard 263 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 37,8 faiz çoxdur. Bunun 72 faizi Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışısındakı öhdəliklərin icrasına yönəlmiş xərclərdir.
Astarainfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.