Astarainfo.az  LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki, Türkiyə Cumhuriyyətinin daha bir  universiteti ilə LDU arasında ikitərəfli müqavilələr imzalanıb.

Türkiyə Cumhuriyyətinin Çukurova  və  Üsküdar Universitetlərindən sonra Lənkəran Dövlət Universiteti ( LDU ) ilə  qardaş ölkənin daha bir ali təhsil müəssisəsi –Ankara Atılım  Universiteti arasında qarşılıqlı  əməkdaşlıq müqaviləsi imzalanıb.Universitetlər  arasında  ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və elmi –təcrübi əlaqələri genişləndirmək məqsədi ilə imzalanan müqaviləyə   hər iki tərəfdən universitet rəsmiləri imza atıblar.
İmzalanan müqaviləyə əsasən, bundan sonra universitetlər arasında birgə elmi tədqiqat işlərinin aparılması, tədqiqat proqramlarının hazırlanması,informasiya və təhsil resurslarının ,professor, tələbə,mütəxəssis və texniki serverlərin ,elmi-tədqiqat məlumatlarının və s. birgə mübadiləsi,nəşr fəaliyyətində əməkdaşlıq,birgə elmi-praktik konfransların təşkili və s. Istiqamətlərdə əməkdaşlığa start veriləcək.