Qax rayonunda baş verən daha bir yol qəzası isə piyadanın ölümü ilə nəticələnib.
Qax şəhər sakini Camalov Nüsrət Kamil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən, Qax şəhər sakini 76 yaşlı Kamil Xəlilovu vurub.
Yaralı Qax şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır olub. Sol bud-baldır sümüyünün üçdə birinin yerdəyişməsi diaqnozu qoyulan xəstə gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.