Rusiya Prezidenti Vladimir Putin soydaşımız Fuad Əliyevə “Rusiya Federasiyasının əməkdar həkimi” adının verilməsi barədə sərəncam imzalayıb.
A24.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tümen Dövlət Tibb Universitetinin cərrahiyə kafedrasının müdiri Fuad Əliyev tibb sahəsindəki xüsusi xidmətlərinə görə, bu mükafata layiq görülüb.
Fuad Əliyev 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darbaz kəndində doğulub. 1987-ci ildə Tümen Dövlət Tibb İnstitutunu bitirdikdən sonra şəhər əhalisinə təcili yardımın göstərildiyi 1 nömrəli klinik xəstəxanada çalışıb. O, ordinatordan ali kateqoriyalı cərrahadək, cərrahiyyə bölməsinin müdiri vəzifəsinədək yol keçib, Tümen Dövlət Tibb Akademiyasının ümumi cərrahiyyə kafedrasının müdiri təyin edilib.
Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...