Ukrayna Ali Radası daxili işlər naziri Arsen Avakovun vəzifəsindən uzaqlaşdırılmasına dair təklifi qəbul etməyib.
APA-nın lb.ua saytına istinadən verdiyi məlumata görə, müvafiq qərar layihəsini yalnız 31 deputat dəstəkləyib. Əleyhinə 102 deputat səs verib, 56 nəfər bitərəf qalıb,108 nəfər isə səsvermədə iştirak etməyib. Müzakirə zamanı Arsen Avakov zalda olmayıb. Hansısa qərar və ya qanun layihəsinin qəbulu üçün azı 226 səs lazımdır.
Qeyd edək ki, Arsen Avakovun işdən azad edilməsinə dair 2 qərar layihəsi noyabrın 2-də Ali Radada qeydiyyatdan keçib. Qərar layihələri nazirin oğlu Aleksandr Avakovun adının Milli Qvardiya üçün bel çantalarının alınması zamanı maxinasiyaya yol verilməsi işində hallanması ilə əlaqədardır. A. Avakov oktyabrın 31-də Milli Antikorrupsiya Bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Lakin məhkəmə onun barəsində həbs qərarı verməyib. İstintaq davam edir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...