Astarainfo.az xəbər verir ki, noyabrın 7-də Astara Tarix –Diyarşünaslıq muzeyində 9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə “Bayrağımız qürurumuzdur” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Himni ilə açılıb.
Daha sonra Muzeyin direktoru Gülizar İsmayılova “Bayrağımız Qürurumuzdur” adlı məruzə ilə çıxış edib. Məruzə ətrafında muzeyin baş fond mühafizi Ş.Əliyev, G.Həsənova, əməkdaş T.Mailova, Rəsm Qalereyasının fond mühafizi X.Quluzadə, bələdçi Ü.Mirzəyeva, MKS-in əməkdaşı A.Əhmədova çıxış ediblər.
Sonda tədbir iştrakçıları Rəsm Qalereyasının dərnəyinin şağirdlərinin çəkdiyi Azərbaycan Bayrağının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər.