Astarainfo.az xəbər verir ki, Astara rayonunda 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Bayraq Meydanında keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmiş, üçrəngli bayrağımızın tarixindən, ümummilli lider Heydər Əliyevin dövlət atributlarına sonsuz hörmət və ehtiramından, ölkə başçısı cənab İlham Əliyevin milli ideallara bağlılığından ətraflı söhbət açmışdır.
Astara YAP rayon təşkilatının sədri Firudin Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov və başqaları əhali, xüsusilə gənclər arasında dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması sahəsində görülən işlərdən danışmışlar.
Əlavə edilib ki, ölkə rəhbərinin apardığı məqsədyönlü siyasəti ilə tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, milli dövlət bayrağımız ölkəmizin hər yerində olduğu kimi Dağlıq Qarabağda da dalğalanacaq.
Bayraq Meydanında dövlət rəmzlərini əks etdirən əl işlərindən ibarət sərgi təşkil edilmiş, tədbir iştirakçıları Gənclər Evində fəaliyyət göstərən Bayraq Muzeyinə baxmışlar. Burada yerləşən tarixi Azərbaycan bayraqları, döş nişanları, tarixi pul vahidləri haqda gənclərə məlumat verilmişdir.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...