Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirilib Böyüt

Azərbaycan və Avropa İttifaqıarasında imzalanacaq yeni sazişin siyasi mərhələsi üzrə müzakirələrin vaxtı dəyişib.
Bu barədə APA-ya Aİ-nin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, görüşün noyabrın 27-28-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. D. Danilidis qeyd edib ki, müzakirələrin vaxtı tərəflərin sıx qrafiki ilə əlaqədar dəyişdirilib.
Qeyd edək ki, daha əvvəl görüşün noyabrın 6-7-də keçirilməsi planlaşdırılırdı.