Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.
Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib.
Toplantıda ölkəmizi builki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.