Azərbaycanda hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur.
Astarainfo.az APA-ya istinadən məlumat verir ki, bunu Milli Məclisdə komitələrin birgə iclasında aparılan büdcə müzakirələri zamanı deputat, cərrah Rəsad Mahmudov deyib. O bildirib ki, ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur.