Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə dahi sənətkarın adını daşıyan 12 nömrəli 11 illik musiqi məktəbində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Baş İdarənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin istedadlı şagirdlərinin ifasında Tofiq Quliyevin “Rəqs”, “Mahnı”, “Vals”, “Kamilin mahnısı”, “Bakılıyam mən”, “Faytonçu”, “Sənə də qalmaz”, “Sevinc nəğməsi” kimi bir çox əsərləri səsləndirilib.
Məktəbin xor kollektivinin ifasında T.Quliyev “Sabahın xeyir, Azərbaycan”, “Neftçi mahnısı” tamaşaçılar tərəfindən maraqla dinlənilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...