Türkiyədə partlayış: 5 ölü, 14 yaralı (FOTOLAR)

Türkiyənin Bursa şəhərində yerləşən Gürsu bölgəsindəki fabrikin buxar qazanında partlayış meydana gəlib.
“Qaynarinfo” “Milliyet”ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə nəticəsində bina tamamilə dağılıb, ətrafdakı nəqliyyat vasitələrinə zərər dəyib. Yaralıların vəziyyəti ağırdır.
Türkiyə baş nazir köməkçisi Hakan Çavuşoğlu hadisə ilə bağlı məlumat verərək istintaq prosesinin start götürdüyünü deyib.
Partlayış baş verən ərazi “drone”la görüntülənib və dağıntıların 1 km məsafəyə yayıldığı məlum olub.