Astarainfo.az xəbər verir ki, noyabrın 9-da Siyaku kənd tam orta məktəbində Bayraq Günü təntənə ilə qeyd edilib. Məktəbin müəllim və şagird kollektivi,valideyinlər, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bayraq Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə məktəbin direktoru Asif İskəndərov açmış  və Dövlət himninin sədaları altında təntənəli surətda dövlətimizim üç rəngli BAYRAĞI səhnəyə gətirilmişdir. Asif İsgəndərov  Üçrəngli bayrağımızın uca tutulmasının və daim ucalarda olmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğunu qeyd etmişdir.
Tədbirdə bildirilib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.
Daha sonra  şagirdlərin ifasında vətənə,bayrağa aid müxtəlif mahnı və şeirlər səsləndirilmişdir.Bayram tədbiri Əsgər marşı ilə başa çatmışdır.
Astarainfo.az