Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur – aksiyasına start verilmişdir.
Astarainfo.az xəbər verir ki,  bununla əlaqədar olaraq  noyabrın 10-da Astara  Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyası üzrə Astara rayonundan Gəncə – Şəmkir – Göygöl istiqamətində gedəcək məktəblilər və qrup rəhbərləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmişdir. “Ölkəmizi tanıyaq” tur – aksiyasında gənclərə uğurlar arzulamışdır.
Tədbirdə Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov,  Astara rayon Təhsil şöbəsinin Metod Mərkəzin direktoru Emil Fətəliyev, Astara şəhər 2 saylı tam orta məktəbinin müəllimi Şahsənəm Hüseynova çıxış etmişdir.

Elza Kazımova

Astarainfo.az