Məşhur rusiyalı yumor ustası Mixail Zadornovun ölüm xəbəri yayılıb.

 Telegraf.com xarici mediaya istinadla xəbər verir ki, aktyorun beyin xərçənginin qurbanı olduğu bildirilib.
Məlumatlara görə, 70 yaşlı aktyor bir müddət öncə müalicədən imtina etmişdi.
Qeyd edək ki, Zadornov 1948-ci ildə Latviyanın Yurmala şəhərində doğulub. O, Rusiya Yazıçılıq İttifaqının üzvü olub. Zadornov 2016-cı ildə beyin xərçəngi səbəbindən bütün qastrollarını təxirə salmışdı.