Siyəzəndə yük maşınları toqquşub, xəsarət alanlar var – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyin Bakı-Quba yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.
  APA -nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yolun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KamAZ” markalı 3 ədəd yük avtomobili toqquşub. Qəzada xəsarət alan “Shacman” markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
***
06.36
Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 77-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
“Shacman” markalı yük maşını ilə “KamAZ” markalı iki maşın toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlar Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Əliyev Ələsgər Məmmədəli oğlu və Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Ağaliyev Elman Bəyalı oğludur. Ə. Əliyevin vəziyyəti orta ağırdır, E. Ağamalıyev isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.