Argentina millisi yoldaşlıq görüşündə Rusiyanı məğlub edib – VİDEO

 Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiyanı məğlub edib.
“Report” xəbər verir ki, Moskvanın yenilənmiş “Lujniki” stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Görüşdə yeganə qolu 86-cı dəqiqədə Serxio Aquero vurub.
Argentina növbəti yoldaşlıq görüşünü noyabrın 14-də Nigeriya, Rusiya isə İspaniyaya qarşı keçirəcək.
Yoldaşlıq oyunu (yığmalar)

Rusiya – Argentina – 0:1

0:1 – Aquero – 86