Şəhid Fuad Qasımovun xatirəsi ehtiramla yad edilib

“Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçərək şəhid adı qazanmış həmyerlilərimiz xalqımızın qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həmişəlik həkk etdiriblər. Şəhid oğullarımızın xatirəsini yad etmək, onların ruhu qarşısında baş əymək hər birimizin vətəndaşlıq borcudur.”
 Astarainfo.az xəbər verir ki,  Fuad Qasimov adına Ərçivan qəsəbə bir nömrəli tam orta məktəbində şəhid Fuad Qasımovun vəfatının 25 illiyinə həsr olunmuş tədbir keçrilib.
 Şəhidin məzarı ziyarət olunduqdan sonra məktəb kollektivi ve şəhid ailəsinin üzvlərinin iştirakı ile keçirilən tədbirdə  şəhidin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın dövlət himni seslendirilib.
  Məktəbin direktoru A. Ezizov çıxış edərək  bildirmişdir ki,  Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər heç bir zaman unudulmur, onlar daim qəlblərdə yaşayırlar.
  Tədbirdə iştirak edən şəhidin atası Bayraməli Qasımov  oğlunun xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə minnətdarlığını bildirib.
  Qeyd olunub ki, hər bir azərbaycanlı Fuad Qasimovun  mübarizə dolu həyatı ilə fəxr edir. O şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu  şəhidlik zirvəsinə ucalaraq sübut edib.
 Mərasimin sonunda məktəblilər Vətən haqqında şeirlər söyləyib, şəhid zabitin qəhrəmanlığına həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.
Astarainfo.az