Siyəzəndə  ölümlə nəticələn ağır yol-nəqliyyat hadisə baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 19 radələrində Siyəzən rayonu ərazisində Sumqayıt şəhər sakini  Fərhad Quliyev idarə etdiyi  “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. E.Rəhimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır