Lənkəranda bağlı qapı arxasında qalmış qadın xilas edilib

Lənkəranda bağlı qapı arxasında qalmış qadın xilas edilib.
  Hadisə Lənkəran şəhəri, 9 nömrəli binada qeydə alınıb.
Həmən binanın 64 nömrəli mənzilində yaşayan və yataq xəstəsi olan 1994-cü il təvəllüdlü Şəbnəm Azad qızı Həsənli köməksiz vəziyyətdə qapı arxasında qalıb.
Hadisə Yerinə FHN-nin Lənkəran Regional İdarəsinin Xüsüsi Riskli Xilasetmə Xidməti və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb edilib. Qadın xilas edilib, səhhəti qənaətbəxşdir.APA