İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub

İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.
 Zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələəsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə  hiss olunub.
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.
APA