İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölən və yaralananlar var – YENİLƏNİB

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində azı 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.
Bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
***
22:37
İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə  Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.