İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi dünən gecə ölkə ərazisində baş vermiş zəlzələ ilə əlaqədar xalqa müraciət edib.
Müraciətdə zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün İran İslam İnqilabı Keşikçiləri Korpusunun, ordunun, polis orqanlarının, yanğınsöndürənlərin, həkimlərin işə cəlb olunduqları bildirilir. Ali Rəhbər bütün vətəndaşları xilasetmə əməliyyatlarında iştirak etməyə çağırıb. O bildirib ki, zərər çəkən bütün vətəndaşlara yardım olunacaq.
Ali Rəhbər təbii fəlakət nəticəsində ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləyib.
Xatırladaq ki, zəlzələ nəticəsində 200-dən artıq insan həyatını itirib. Təbii fəlakət Kirmanşah şəhərində daha çox dağıntılar törədib.Xezerxeber
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...