“Növbəti iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının 13-ü və 14-də gecə və səhər ölkənin bəzi cənub-şərq rayonlarında, əsasən də Lənkəran-Astara zonasında çiskinli yağış yağacaq: “Bəzi rayonlardə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 15-19, dağlarda 7-12 dərəcə isti olacaq”.
Mütəxəssis qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: “Yarımadanın bəzi yerlərində gecə və səhər saatlarında çiskinli yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-19 dərəcə arasında dəyişəcək”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...