Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda birgə keçirdikləri əməliyyat nəticəsində “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının 69 üzvü saxlanılıb.
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Axtarışlar zamanı saxlanılan şəxslərdən rabitə vasitələri, ekstremist ədəbiyyat, qanunsuz fəaliyyət barədə hesabatların əks olunduğu elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülüb.
Rusiya CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...