ABŞ-ın Kaliforniya ştatında baş vermiş atışmada ölənlərin və yaralananların sayı artıb – YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatında, Ranço Texama şəhərciyindəki ibtidai sinif məktəbinin yaxınlığında baş vermiş atışmada ölənlərin sayı 5 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Ölənlərin arasında uşaqların olub-olmadığı hələ də məlum deyil. Bununla yanaşı, hadisə zamanı yaralananların da sayı 4 nəfərə çatıb. Onlardan 3-ü uşaqlardır. Lakin yaralıların dəqiq sayı açıqlanmır.

Yerli KİV atışma zamanı çoxsaylı yaralıların olduğunu bildirir. Qeyd olunur ki, məktəbliləri hadisə yerindən vertolyotla daşıyırlar.

Qeyd edək ki, ilkin məlumatda hadisənin məktəbdə baş verdiyi bildirilirdi.


***22:21

ABŞ-ın Kaliforniya ştatında məktəbdə atışma olub.

“Report” xəbər verir ki, bu barədə ölkə televiziyaları məlumat yayıb.

“CBS” teleşirkətinin verdiyi nəlumata görə, hadisə Red-Blaff şəhərindən cənubda baş verib. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 3 nəfər ölüb.

Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb. Onlar arasında uşaqlar da var.

Hadisəni törədən şəxsin özü də məhv edilib.