Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində “Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri” sözləri “Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilir; “Nigar Əliyeva – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilir.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərsin.

Astarainfo.az