Çin dili İngilis dilindən üstün olacaq – TƏLƏBAT ARTIR

Çin dünya ölkələri arasında texnologiya sahəsinə liderlik edir. Biznes sahəsində ən uğurlu şirkətlər, illik gəlirlərinə görə, yenə Çinin transmilli şirkətləridir. Artıq Çin dili dünya ölkələri arasında ən çox istifadə edilən dillərdən birinə çevrilərək ingilis dilini üstələyir.

 Çin şirkətlərinin populyarlığı artdıqca, iş adamlarının da bu dili öyrənməyə maraqı artır.

Kral ailəsinin üzvləri, “Amazon” şirkətinin qurucusu Ceff Bezosun və yaxınları, həyat yoldaşı çinli olan “Facebook” sahibi Mark Zukerberq, ABŞ prezidenti Donald Trampın qızı İvanka, Britaniya şəhzadələri və digər nüfuzlu şəxslər Çin dili dərsləri almağa başalyıblar.

Çin dili də İngilis dili kimi (Amerikan ingiliscəsi) Mandarin və Kanton dili olmaq üzrə iki hissəyə ayrılır. Bu gün dünyada 1.2 milyard insan Çin dilində danışır. Onların 1 milyardı Mandarin ləhcəsindən istifadə edir.Publika.az