Bu günədək “Güzəştli mənzil” elektron sistemində 7 mindən çox insan qeydiyyatdan keçərək elektron kabinetə sahib olub.

 Astarainfo.az Milli.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün “MİDA”nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.

 Onun sözlərinə görə, artıq yaxın aylarda Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılacaq: “Ümid edirəm ki, vətəndaşlar artıq 2018-ci ilin yay aylarında ilk güzəştli mənzillərə sahib olacaqlar”.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinə hələlik 9 və 12 mərtəbəli olmaqla 29 bina daxildir. Binalarda 1,2,3 otaqlı mənzillər satışa çıxarılacaq.

Ümumilikdə alıcılara 1854 mənzil təqdim.olunacaq.

Bu mənzillərdə aylıq ipoteka ödəməsi 300 manatdan artıq olmayacaq.

Qeyd edək ki, mənzillər haqqında daha ətraflı məlumatları www.yasamal.mida.az saytından əldə etmək olar.