Azərbaycanda qadın sahibkarlarla bağlı YENİ TƏKLİF

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi qadın sahibkarlar üçün güzəştli kreditin minimal həcmini beş min manatdan min manatadək azaltmağı təklif edir.

 Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu qlobal sahibkarlıq həftəsi çərçivəsində keçirilən “Azərbaycanda qadın sahibkarlığının inkişafı” mövzusunda konfransda Komitənin baş məsləhətçisi Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, minimal güzəştli kredit 5000 manat təşkil etdiyi üçün qadınlara kredit götürmək çətindir: “Əgər söhbət kənd qadınlarından gedirsə, əksər hallarda onların şəxsi əmlakı olmur”.

 O qeyd edib ki, Komitə müvafiq təklifi İqtisadiyyat Nazirliyinə göndərib