Bakı və Abşeron yarımadasında noyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində  bəzi  yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi  ilə  əvəz  olacaq.

  Havanın temperaturunun gecə  10-12° isti, gündüz  14-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  14-16° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 771  mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət   80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.APA