Lənkəran rayonunun Liman şəhərində “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” istiqamətində təlim keçirilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran neft bazasında keçirilən təlimdə Cənub Regional Mərkəzi, Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Lənkəran şəhər-rayon Polis Şöbəsi, Lənkəran Neft bazası və Təcili tibbi yardım Stansiyasının əməkdaşları iştirak edib.
Təlim zamanı şərti olaraq Lənkəranda baş verən zəlzələ barədə məlumat daxil olduqdan sonra Cənub Regional Mərkəzində əməliyyat qərargahı yaradılıb. Cənub Regional Mərkəzinin struktur bölmələri şərti hazırlıq dərəcəsinə gətirilib, yaranmış vəziyyət qiymətləndirilir. Əhalinin baş vermiş fövqəladə hadisə barədə xəbərdar edilməsi, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin təşkilinə dair qərar qəbul edilib.
Təlim zamanı şərti zəlzələ nəticəsində Lənkəran Neft bazasının inzibati binası və dispetçer məntəqəsində yaranan “fəsad”ın aradan qaldırılması, “xəsarət alanların” axtarışı, xilasetmə işlərinə başlanıb.
Təlim zamanı fövqəladə hallar şəraitində xilasetmə işlərinin aparılması ardıcıllığını bilməklə, xidmətdə istifadə olunan xilasetmə alət və avadanlıqlarının, ləvazimatların və cihazların texniki xüsusiyyətlərindən bacarıqla istifadə edilib.
Təlimdə Lənkəran Polis Şöbəsinin əməkdaşları şərti hadisə yerini dərhal mühafizə altına alıblar. Şərti olaraq 2 şəxs oğurluq edərkən xilasedicilər tərəfindən aşkarlanıb və polisə təhvil veriliblər.
Qeyd edək ki, bu cür təlimlər FHN-in Cənub Regional Mərkəzin əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...