Göyərtəsində 44 nəfər olan sualtı qayıq Argentina sahillərində yoxa çıxıb

Argentina Hərbi Dəniz Qüvvələrinin “San-Xuan” adlı sualtı hərbi qayığı itib.

 APA-nın “RİA Novosti” agentinə istinadən verdiyi məlumata görə, Argentina sahillərində itən sualtı qayıqda 44 heyət üzvü var.

Uşuayya limanından Maar-del-Plata şəhərinə gedən sualtı qayıqla əlaqə kəsilib. Axtarışlara təyyarələr və gəmilər göndərilib. Qayıqla sonuncu dəfə noyabrın 15-də əlaqə yaradılıb. “San-Xuan” sualtı döyüş qayığında yanğın, yaxud hər hansı texniki problem yarandığı ehtimal edilir.

Qeyd edək ki, Almaniyada istehsal olunmuş və uzunluğu 66 metr olan “San-Xuan” sualtı döyüş qayığı 1985-ci ildə Argentina Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilib.