Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,  gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Mülayim cənub-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Noyabrın 20-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti,  gündüz 8-13° isti olacağı gözlənilir.