“Barselona”dan rekord – 8 oyundu ki.

İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Leqanes”lə səfər oyununda 3:0 hesabıyla qalib gələn “Barselona” liderliyini davam etdirir.

  Bu qarşılaşma həm də, Kataloniya təmsilçisinin qapısını toxunulmaz saxladığı ardıcıl 8-ci matç olub. Bu, “Barsa”nın tarixi ərzində ən yaxşı göstəricidir. Klub ilk 12 turdan sonra qapısında cəmi 4 top görüb.

Bu sahədə rekord isə “Atletiko”ya məxsusdur. Madrid təmsilçisi 1995-ci ildə çempionatın ilk 12 turundan sonra qapısında 3 top görmüşdü.Publika.az