Qazaxda ağır qəza olub, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bakı-Qazax-Gürcüstanın magistralının Qazax şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası olub.

APA-nın Qərb bürosunun məlumatına görə, sürətli hərəkətdə olan “Opel” markalı minik avtomobili digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri – 26 yaşlı kişi dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.