Avtomobil yarışında KÜTLƏVİ QƏZA – VİDEO

İdman avtomobillərinin yarışı üzrə Makao qran-prisi kütləvi qəza ilə yadda qalıb.
 Astarainfo.az-ın trend-ə istinadən məlumatına görə, qəza trasın ən dar hissələrinin birində qeydə alınıb.
 Dördüncü sırada gedən ispaniyalı pilot Daniel Xunkadelyanın maşını divara çırpılıb. Onun ardınca gələn maşın qəzadan yayına bilsə də, digər avtomobillər bir-birinə çırpılıb.
 Nəticədə trası qaldırıcı kranların köməyi ilə təmizləmək mümkün olub. Bir saatlıq fasilədən sonra 20 maşından 8-i yarışı bərpa edib.