Astarainfo.az Apasport.az-a istinadən xəbər verir ki, UEFA V tur çərçivəsində baş tutacaq qarşılaşmaya portuqaliyalı hakimlər briqadasını göndərməyi qərara alıb.
Matçda ədaləti Manuel De Souza qoruyacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Nuno Pereyra ehtiyat referi kimAi iş başında olacaq. Əlavə hakim köməkçiləri funksiyasını isə Fabio Verissimo və Luis Migel Branko Qodinyo yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...