“Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb.
Astarainfo.az Apasport.az-a istinadən  xəbər verir ki, UEFA V tur çərçivəsində baş tutacaq qarşılaşmaya portuqaliyalı hakimlər briqadasını göndərməyi qərara alıb.
Matçda ədaləti Manuel De Souza  qoruyacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Nuno Pereyra ehtiyat referi kimAi iş başında olacaq. Əlavə hakim köməkçiləri funksiyasını isə Fabio Verissimo və Luis Migel Branko Qodinyo yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.