Yeni ili xaricdə keçirmək istəyənlər, turpaketlərin qiymətləriylə maraqlanırsınızsa bu xəbəri mütləq izləyin. İldən-ilə inkişaf edən Azərbaycana gələn turist sayını nəzərə alaraq daxili turizm paketlərinin qiymətini də araşdırmışıq.
Yeni il və dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətiylə bu il 5 gün istirahət olacaq. Bayramla əlaqədar olaraq Azərbaycana gələn turistlərlə yanaşı xaricə gedən həmyerlilərimizin də sayı çox olacaq. Turizm agentliklərindən aldığımız məlumata görə yayda insanlar dənizkənarı istirahət zonalarına üstünlük verdikləri halda yeni ildə qış turizm komplekslərini seçirlər.
Məlumata görə yeni ildə aviabilet daxil Maldivə getmək istəyən bir nəfər 2200 dollar, Sinqapur və Baliyə getmək istəyənlər 1700 dollar, Taylanda 1420 , Şri-Lankaya 1075, Praqaya 1045, Parisə 860, Dubaya 684, Şarm Əl Şeyxə 635,İstanbula 413, Sank-Peterburqa 410 , Moskvaya 394, Gürcüstana isə 350 dollar xərcləmlidir.
İstirahətini ölkənin dilbər guşələində keçirtmək istəyənlər isə daxili turpaketlərin qiymətiylə maraqlanırlar. Məlumata görə Şahdağ yay-qış turizm kompleksinə üstünlük verənlərin sayı çoxdur. Bunan başqa Quba, Qusar, Şəki, Göy-göldə yerləşən otellərlə bağlı müraciət edənlər də az deyil.
Elgün Babayevin sözlərinə görə yeni il ərəfəsində daxili turpaketlərdə qiymət otelin təyinatından asılı olaraq dəyişir. Bu günlərdə otellər şou-proqam hazırladığından qiymət adi günlərə nisbətən daha baha olur. Xezerxeber
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...