Bu gün Çempionlar Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq.
Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, “Bavariya”, “Mançester Siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdir.
İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun “Sevilya” – “Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi “Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq.
F qrupunda “Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi “Napoli”yə uduzmamalıdır. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.
G qrupunda “Beşiktaş”la “Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün “Leypsiq” də xal itirməlidir. Belə nəticələr qeydə alınsa, elə “Porto” da xoşbəxtlər arasına qoşulacaq.
“Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidir. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün “Borussiya” da xal itirməlidir.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
E qrupu
21:00. “Spartak” (Rusiya) – “Maribor” (Sloveniya)
23:45. “Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə)
1. | Liverpul | 4 | 2 | 2 | 0 | 13-3 | 8 |
2. | Sevilya | 4 | 2 | 1 | 1 | 8-8 | 7 |
3. | Spartak | 4 | 1 | 2 | 1 | 8-5 | 5 |
4. | Maribor | 4 | 0 | 1 | 3 | 1-14 | 1 |
F qrupu
23:45. “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Hollandiya)
23:45. “Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
1. | Mançester Siti | 4 | 4 | 0 | 0 | 12-3 | 12 |
2. | Şaxtyor | 4 | 3 | 0 | 1 | 7-5 | 9 |
3. | Napoli | 4 | 1 | 0 | 3 | 7-9 | 3 |
4. | Feyenord | 4 | 0 | 0 | 4 | 3-12 | 0 |
G qrupu
21:00. “Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya)
23:45. “Monako” (Fransa) – “Leypsiq” (Almaniya)
1. | Beşiktaş | 4 | 3 | 1 | 0 | 8-3 | 10 |
2. | Porto | 4 | 2 | 0 | 2 | 9-7 | 6 |
3. | Leypziq | 4 | 1 | 1 | 2 | 5-8 | 4 |
4. | Monako | 4 | 0 | 2 | 2 | 3-7 | 2 |
H qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə)
23:45. APOEL (Kipr) – “Real” (İspaniya)
1. | Tottenhem | 4 | 3 | 1 | 0 | 10-3 | 10 |
2. | Real Madrid | 4 | 2 | 1 | 1 | 8-5 | 7 |
3. | Borussiya Dortmund | 4 | 0 | 2 | 2 | 4-8 | 2 |
4. | APOEL |