“Biz həmsədr kimi amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik”.
APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O, ermənistanlı həmkarına ötən gün Bakıda bu istiqamətdə apardıqları danışıqlar barədə məlumat verdiyini bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...