Astarainfo.az xəbər verir ki,noyabrın 22-də Astara Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar “İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin prinsiplərindən biridir” Heydər Əliyev mövzusunda Astara rayon Ədliyyə işçilərinin əməkdaşları ilə tematik söhbət aparılmışdır.
Tədbirdə Astara rayon İcra Hakimiyyətinin başçısının I müavini, Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin , Astara rayon Dövlət Mühafizə Xidmətinin və Astara rayon Məhkəməsinin əməkdaşları iştirak etmişlər.
Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova tədbir iştirakçılarını təbrik etmiş və onlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin omür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...