25 Noyabr 2017-ci il tarixində Yarat Müasir İncəsənət Mərkəzində Little Voice layihəsinin “Dünya uşaqların gözü ilə” adlı ilk tədbiri baş tutacaq.

“Little Voice” layihəsi 9-15 yaş arası uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platformadır. Layihə “WoWoman In Me” proqramı çərçivəsində 3 gənc qız tərəfindən hazırlanaraq könüllü əsaslarla həyata keçirilir.

Tədbirdə 9 uşaq-spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqs/musiqi nömrələri nümayiş etdiriləcək.
Tədbir azərbaycan dilində olacaq.

Yerlər məhdud olduğuna görə tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir!
Qeydiyyat üçün: +994502469292

Qeyd edək ki, BiG.AZ tədbirin informasiya dəstəkçisidir.